Set your delivery address
Privacy Policy
1. ÜMUMİ ŞƏRTLƏR
- 1.1 Hazırkı Məxfilik Siyasəti Fooderos.com Platformasındakı İstifadəçi Müqaviləsinin ayrılmaz bir hissəsidir.
- 1.2 Bu Məxfilik Siyasəti istifadəçinin şəxsi məlumatlarının toplanılması, saxlanılması, işlənməsi, istifadəsi və müdafiəsi qaydalarını müəyyən edir.
- 1.3 Platformada istifadəçinin qeydiyyatı, daxil olması və ya məhsulların sifarişi zamanı, həmçinin
Platformadan istifadənin başqa hallarında, İstifadəçi Platformaya öz şəxsi məlumatlarını verir. Məlumatın
toplanması həmçinin Platforma istifadəçilərindən sorğularının aparılması yolu ilə həyata keçirilə bilər. İstifadəçilərin sorğularında iştirak istifadəçilərin icazəsi ilə həyata keçirilir.
- 1.4 İstifadəçi Platformaya özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında
sərbəst və könüllü qərar qəbul edir, həmçinin də şəxsi məlumatların və informasiyanın Fooderos tərəfindən
işlənməsinə və ya işlənməsi üçün üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.
- 1.5 Şəxsi məlumatların işlənməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, saxlanma, istifadə və yayılma
kimi məcmusudur və şəxsi məlumatların, həmçinin informasiya (avtomatlaşdırılmış) sistemlərinin istifadəsi
ilə məhv edilməsidir.
- 1.6 Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır :
- 1.6.1 Platformanın fəaliyyətinin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;
- 1.6.2 Platformada göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;
- 1.6.3 Platforma və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);
- 1.6.4 İstifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qarşısının alınması;
- 1.6.5 Qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təminatı;
- 1.7 Platforma istifadəçilər haqqında növbəti informasiyanı toplayır :
- 1.7.1 Platformadan istifadə zamanı Fooderos istifadəçinin daxil etdiyi şəxsi informasiyaları Platformanın məlumat bazasında toplayır. Belə informasiya, istifadəçinin adı və soyadı, telefon nömrəsi, sifarişin verildiyi məkan, həmçinin ünvanı ola bilər. Əgər İstifadəçi sosial mediya hesabları vasitəsilə daxil olursa, Platforma həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər.;
- 1.7.2 Platforma ona giriş zamanı proqram təminatı tərəfindən avtomatik olaraq texniki informasiyaları toplaya bilər.;
- 1.8 Platforma, həmçinin də Fooderos, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü
məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin
də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və
işləmir.
- 1.9 Fooderos Platformaya istifadəçilər tərəfindən təqdim edilmiş heç bir şəxsi və ya başqa məlumatları,
istifadəçinin belə icazəni verdiyi hal istisna olmaqla, həmçinin də İstifadəçi razılaşması ilə və ya
qanunvericiliklə nəzərdə tutulmuş hallarda, aidiyyati olmayan üçüncü şəxslərə vermir.
- 1.10 Fooderos ehtiyac yarandığı hallarda sifariş məlumatlarını Platforma ilə əməkdaşlıq edən və ya Fooderos ilə
bağlı olan şəxslərə verə bilər.
- 1.11 Fooderos Platformadan istifadə prosesində istifadəçilər tərəfindən verilmiş informasiyanı və şəxsi
məlumatları satmır və icarəyə vermir.
- 1.12 Platforma istifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, həmin istifadəçinin yazılı
icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etməməyi öhdəsinə götürür.
Platformadan istifadə ilə əlaqədar istifadəçidən alınmış bütün məlumatlar yalnız sifarişlərin icrasında
istifadə edilə bilər.
- 1.13 Platforma İstifadəçisi onun Platformadan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən
vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
- 1.14 İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün
məsuliyyət daşıyır.
- 1.15 Fooderos istifadəçinin şəxsi məlumatlarına üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün mümkün
təhlükəsizlik tədbirlərini təmin edir.
- 1.16 Platformada tərəfindən toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan korporativ
şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır. Fooderos istifadəçilərin şəxsi məlumatlarının
yerləşdiyi məlumat bazalarına girişi olan bütün əməkdaşları ilə istifadəçilər haqqında informasiyanın
üçüncü şəxslərə yayılmaması haqqında razılaşma imzalayır.
2. ÇƏRƏZLƏR VƏ BƏNZƏR TEXNOLOGİYALAR
- 2.1 Platforma informasiyanın saxlanılması üçün çərəzlərdən (cookies) və bənzər texnologiyalardan istifadə edə
bilər. Bu fayllar Platformanın istifadəsini yüngülləşdirmək, xidmətlərinin keyfiyyətinin və
təhlükəsizliyinin artırılması məqsədi ilə, həmçinin reklam məqsədi ilə istifadə olunur.
- 2.2 Platforma tərəfindən istifadəçidən alınan istənilən informasiya, həmçinin çərəz faylların istifadəçinin
brauzerində yerləşdirilməsi, xəbərdarlıq vasitəsilə və istifadəçinin icazəsi ilə həyata keçirilir.
Platformadan istifadəni davam edərək, İstifadəçi Platformaya çərəz fayllarının istifadəçinin brauzerində
saxlamasına öz icazəsini verir.
- 2.3 Platforma çərəzlərdən və bənzər texnologiyalardan, istifadəçinin brauzerinin fəallığı prosesində
istifadəçinin qurğusunda saxlanılan və həmçinin də daha uzun müddətli dövr ərzində istifadəçinin qurğusunda
qalan başqa bənzər texnologiyalardan istifadə edir. İstifadəçinin belə çərəzlər və bənzər texnologiyaları
bloklamaq və silmək imkanı vardır. :
- 2.3.1 Çərəzlər – Platformadan alınmış məlumatlar olub, istifadəçinin brauzerində saxlanılır, əgər istifadəçisi təkrar olaraq həmin məlumatlara baş çəkərsə, Platformaya yollanır. Çərəz faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq Platformadan istifadəni yüngülləşdirir. Çərəz faylları özündə şəxsi məlumatları saxlamır.;
- 2.3.2 Bənzər texnologiyalar – brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies" "HTML 5 cookies" kimi texnologiyalardır. Bu texnologiyalar istifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarə etməni tələb edə bilərlər;
- 2.4 Çərəzlərə və bənzər texnologiyalara icazəsiz girişin qarşısını almaq üçün Fooderos bütün təhlükəsizlik
tədbirlərini görür. İstifadəçi də analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Fooderos
zəmanət verir ki, yalnız Fooderos və Platformanın səlahiyyətli təchizatçıları çərəz məlumatlarına girişə
malikdirlər.
- 2.5 Platformanın səlahiyyıtli təchizatçıları Platformaya müxtəlif məqsədlərlə kömək edən şirkətlərdir.
Fooderos Platformada göstərilən xidmətlərin istifadəçiyə verilməsi, həmçinin də Platformanın
bilavasitə fəaliyyəti ilə bağlı bəzi səlahiyyətli təchizatçılardan istifadə edir. Xidmətlərin belə
təchizatçıları həmçinin Platformanın (kənar cookies) xidmətləri vasitəsilə çərəzləri istifadəçinin
qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya
başqa eyniləşdiriciləri, toplaya bilərlər.
- 2.6 Platforma yuxarıda göstərilmiş texnologiyalardan istifadə edərək toplayıb və saxladığı istənilən
informasiyadan istifadəçinin icazəsi ilə istifadə olunur.
- 2.7 İstifadəçi brauzerin və ya qurğunun parametrlərində çərəzləri idarə edə bilər. İnformasiyanın
toplanmasından və saxlanılmasından imtina üçün brauzerin parametrlərində “çərəzləri saxlamamaq" bəndini
aktivləşdirmək, həmçinin "çərəzləri təmizləmək" düyməsini klikləmək lazımdır.
- 2.8 Platformada olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, Platforma tərəfindən statistik və
analitik məqsədlər üçün istifadə olunur.
- 2.9 İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğunlaşdırılan verilən servislərin yüksək keyfiyyətli
təminatı məqsədi ilə Platforma istifadəçinin sistemə son giriş məlumatlarını saxlayır.
3. NAVİQASİYA VƏ KLİKLƏMƏ
- 3.1 Platformadan istifadə edərkən, baxdığınız səhifələr, kliklədiyiniz düymə və əlaqələrə dair naviqasiya və
klik məlumatları, bir səhifədə qaldığınız müddət, sifariş vermə müddətiniz kimi məlumatları əldə etmək üçün
saxlanılır. Həmin məlumatlar sizin kimliyinizi ortaya çıxartmır və birbaşa olaraq öz adınızla
əlaqələndirilmir.
- 3.2 Platforma üzərindən verdiyiniz sifarişlərin başa çatdırılması, təhlili və inkişaf etdirilməsi,
Platformadan istifadənin artırılması, hüquqi baxımdan lazım olan hallarda məlumat təmin olunması və
Platformaya və ya üçüncü şəxslərə aid veb saytlar üzərində diqqətinizi çəkəcək kampaniya və
istiqamətləndirmələr üçün istifadə edilir. Bu məlumatlar sifariş zamanı müvafiq üçüncü şəxslərlə sifarişin
mərhələlərindən hər hansı birində paylaşıla və ya Platformadan istifadənin təhlilində və dəstəyində istifadə
edilə bilər.
4. MÜBAHİSƏLƏRİN HƏLLİ
- 4.1 Məxfilik Siyasətinin həyata keçirilməsindən yarana biləcək hər cür mübahisələrin həlli Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrin şərtlərinə əsasən həll edilir.
5. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR
- 5.1 Fooderos Məxfilik Siyasətinə dəyişikliklər edə, silə və ya qaydalarını yeniləyə bilər.
- 5.2 Əgər İstifadəçi daxil edilmiş dəyişikliklərlə razı deyilsə, o Platformadan istifadəni dayandırmalıdır.
Əgər İstifadəçi Platformadan istifadə etməyə davam edirsə, o razılaşır və bütün dəyişiklikləri və
Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.