Set your delivery address
Şərtlər və qaydalar
1. TƏRƏFLƏR
- 1.1 Bu İstifadəçi Müqaviləsi (bundan sonra "Müqavilə” adlandırılacaq) “Fooderos” MMC (VÖEN: 2005766291, Məhəmməd Hadi 82, Xətai rayonu, Bakı, Azərbaycan) (bundan sonra
"Fooderos” adlandırılacaq) ilə Fooderosun idarə etdiyi www.fooderos.com elektron ticarət platformasında və
mobil tətbiqlərində (bundan sonra “Platforma” adlandırılacaq) Fooderos-un tərəfdaşları olan restoranlar,
kafelər, ketrinq şirkətləri və s. (bundan sonra “Satıcı” adlandırılacaq) tərəfindən təqdim edilən xidmətlərin
və məhsulların (bundan sonra “Məhsul” adlandırılacaq) alıcıları (bundan sonra “İstifadəçi” adlandırılacaq)
arasında Məhsulların satışı və Fooderos-un çatdırılma üzrə səlahiyyətli nümayəndəsi(bundan sonra Kuryer
adlandırılacaq) tərəfindən İstifadəçiyə çatdırılması ilə bağlı şərtlərin müəyyənləşdirilməsi üçün
bağlanılmışdır.
- 1.2 Fooderos, Platforma, Kuryer, Satıcı və İstifadəçi Müqavilədə fərdi olaraq "Tərəf" və birgə "Tərəflər"
olaraq hallanacaqdır.
2. MÜQAVİLƏNİN MƏQSƏDİ VƏ ƏHATƏ DAİRƏSİ
- 2.1 Fooderos idarə etdiyi Platformada Satıcılar və İstifadəçilər arasında əlaqə yaradır və Tərəfləri
virtual bir bazarda mübadilə etmək məqsədilə bir yerdə toplayır, eyni zamanda Satıcıların təqdim etdiyi
Məhsulların İstifadəçilərə çatdırılmasını təmin edir. Fooderos Platformada Satıcılar tərəfindən təqdim
edilən Məhsulların satıcısı deyil, yalnız vasitəçisidir.
- 2.2 Müqavilənin məqsədi Platformada Fooderos tərəfindən təqdim olunan xidmətlərin və Satıcılar tərəfindən
təqdim olunan Məhsulların İstifadəçilərin sifariş etməsinə dair şərtlərin müəyyənləşdirilməsi və bu
istiqamətdə Tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsini təşkil edir.
- 2.3 Müqavilə yalnız Tərəflər arasında olub, Platformada İstifadəçiyə təqdim olunan Məhsullara və
çatdırılmaya qarşı forma və şərtləri əhatə edir. İstifadəçi ilə Satıcılar arasında əlaqə bu Müqavilənin
əhatəsinə daxil deyildir və Fooderos İstifadəçi ilə Satıcılar arasında olan münasibətdən heç bir halda
məsul deyil. Fooderos vasitəçi olduğundan İstifadəçi ilə Satıcılar arasında gələcəkdə yarana biləcək
mübahisələr - malların geri qaytarılması, dəyişdirilməsi, kəmiyyət və keyfiyyət məsələləri, zəhərlənmələr,
Məhsullarla (çatdırılma istisna olmaqla) bağlı başqa bu kimi mübahisələr üçün heç bir məsuliyyət daşımır.
İstifadəçilərin Platformada həyata keçirəcəkləri əməliyyatlarla əlaqədar olaraq Satıcılara qarşı
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun başda olmaqla Azərbaycan Respublikasının
Qanunvericilik aktları ilə hüquqları qorunur.
3. MÜQAVİLƏNİN TƏSDİQİ
- 3.1 Fooderos idarə etdiyi Platformada Satıcılar və İstifadəçilər arasında əlaqə yaradır və Tərəfləri
virtual bir bazarda mübadilə etmək məqsədilə bir yerdə toplayır, eyni zamanda Satıcıların təqdim etdiyi
Məhsulların İstifadəçilərə çatdırılmasını təmin edir. Fooderos Platformada Satıcılar tərəfindən təqdim
edilən Məhsulların satıcısı deyil yalnız vasitəçisidir.
- 3.2 Müqavilənin məqsədi Platformada Fooderos tərəfindən təqdim olunan xidmətlərin və Satıcılar tərəfindən
təqdim olunan Məhsulların İstifadəçilərin sifariş etməsinə dair şərtlərin müəyyənləşdirilməsi və bu
istiqamətdə Tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsini təşkil edir.
- 3.3 Müqavilə yalnız Tərəflər arasında olub, Platformada İstifadəçiyə təqdim olunan Məhsullara və
çatdırılmaya qarşı forma və şərtləri əhatə edir. İstifadəçi ilə Satıcılar arasında əlaqə bu Müqavilənin
əhatəsinə daxil deyildir və Fooderos İstifadəçi ilə Satıcılar arasında olan münasibətdən heç bir halda
məsul deyil. Fooderos vasitəçi olduğundan İstifadəçi ilə Satıcılar arasında gələcəkdə yarana biləcək
mübahisələr - malların geri qaytarılması, dəyişdirilməsi, kəmiyyət və keyfiyyət məsələləri, zəhərlənmələr,
Məhsullarla (çatdırılma istisna olmaqla) bağlı başqa bu kimi mübahisələr üçün heç bir məsuliyyət daşımır.
İstifadəçilərin Platformada həyata keçirəcəkləri əməliyyatlarla əlaqədar olaraq Satıcılara qarşı
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun başda olmaqla Azərbaycan Respublikasının
Qanunvericilik aktları ilə hüquqları qorunur.
4. XİDMƏTLƏR
- 4.1 Fooderos İstifadəçilərə istənilən məkandan (ev, ofis bağ və s.) Platforma vasitəsilə Məhsulların sifariş
edilməsini və çatdırılmasını təşkil edir.
5. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
- 5.1 İstifadəçi Platformada yerləşdirilmiş Məhsullarla bağlı hər hansı bir satın alma prosesi başlatmaq
istəməsi halında, bütün lazımi hüquqi öhdəlikləri və prosedurları yerinə yetirmək məcburiyyətində olduğunu,
həmin öhdəliklər və prosedurlarla əlaqədar olaraq Fooderos-un heç bir məsuliyyətinin olmadığını qəbul və
bəyan edir.
- 5.2 Fooderos-un Platformada olan hər hansı bir Məhsulunun yalnız vasitəçisi olması səbəbiylə Fooderos
Platformada yer alan və özü tərəfindən nəşr olunmamış heç bir vizual, yazılı və s. məzmunun və təsvirinin
həqiqiliyindən, etibarlılığından, doğruluğundan və yaxud hüquqa uyğunluğundan məsul deyil və həmin tərkiblərin
doğruluğuna nəzarət etmə öhdəliyi yoxdur.
- 5.3 Platforma vasitəsilə satışlar Məhsulların sifariş anındakı mövcudluğu ilə tənzimlənir. Platformada qeyd
olunan Məhsullar Satıcının ehtiyatında olmadığı hallarda Fooderos İstifadəçiyə Məhsulu təmin etməyə bilər.
- 5.4 İstifadəçi Platformada həyata keçirdiyi əməliyyatlarda və yazışmalarda Müqavilənin müddəalarına,
Platformada qoyulan bütün tələblərə, qüvvədə olan qanunvericiliyə və əxlaq qaydalarına uyğun olaraq hərəkət
edəcəyini qəbul etdiyini bəyan edir. İstifadəçinin Platforma daxilində apardığı əməliyyat və aksiyalara
bağlı hüquqi və cinayət məsuliyyəti özünə aiddir.
- 5.5 Fooderos qüvvədə olan qanunvericilik üzrə səlahiyyətli orqanların tələbi olduqda İstifadəçinin onda
olan məlumatlarını sözü gedən orqanlarla bölüşə bilər.
- 5.6 Platformada üzvlük zamanı və (və ya) sifariş zamanı İstifadəçidən alınan şəxsi məlumatları, İstifadəçi
və (və ya) Satıcılar arasında saxtalaşdırma, fırıldaqçılıq, Platformanın qanunsuz məqsədlər üçün istifadəsi,
Elektron Ticarət haqqında Azərbaycan Respublikasının Qanununun pozulduğu hallarda, yalnız tələb edilən
məsələ ilə məhdud olmaq üzrə tərəflərin qanuni hüquqlarından istifadə etmələri məqsədilə və yalnız bu çərçivə
ilə məhdud olmaqla uyğunsuzluqda tərəf ola biləcək digər İstifadəçi və (və ya) Satıcılara çatdırıla bilər.
- 5.7 Fooderos istənilən zaman Platformanın fəaliyyətini keçici bir müddət dondura və ya tamamilə dayandıra
bilər. Bu zaman Platformada öncədən verilmiş sifarişlər icra olunacaq.
- 5.8 Fooderos təhlükəsizliyi şübhə doğuran İstifadəçi əməliyyatları ilə bağlı müvafiq İstifadəçiləri nağd
ödəniş üsullarından istifadə etmək imkanını keçici bir müddət təxirə sala və ya tamamilə dayandıra bilər.
- 5.9 İstifadəçinin Platformaya daxil olmaq və sifariş vermək üçün ehtiyacı olan mobil nömrə və bu nömrəyə
göndərilən birdəfəlik şifrə (4 rəqəmli OTP kod) və ya sosial media hesabları (facebook, google və
s.) məlumatlarının təhlükəsizliyi və məxfiliyi tamamilə İstifadəçinin məsuliyyətindədir. İstifadəçi özünə
aid mobil nömrə və sosial media hesabları (facebook, google və s.) ilə həyata keçirilən əməliyyatların özü
tərəfindən həyata keçirilmiş olduğunu, bu əməliyyatlardan yaranan məsuliyyətin əvvəlcədən özünə aid
olduğunu, bu cür aparılan əməliyyatları özünün etmədiyi yolunda hər hansı bir rədd və (və ya) etiraz
bildirməyəcəyini və (və ya) bu rəddi və ya etiraza əsaslanaraq öhdəliklərini yerinə yetirməkdən boyun
qaçırmayacağını qəbul edir.
- 5.10 İstifadəçi Platformada aşağıda sayılan hallar başda olmaqla hüquqa və əxlaqa zidd bir şəkildə istifadə
etməyəcəkdir. Əks təqdirdə Fooderos bu İstifadəçinin hesabını bağlamaq və ya məhdudiyyət qoymaq hüququna
malikdir :
- 5.10.1 Platformada hər hansı bir şəxs adına qeydiyyat və ya hesab yaratmaq, idarə etmək, dəyişdirmək;
- 5.10.2 Platformanın hamısını və ya bir hissəsinin sıradan çıxarmaq, dəyişdirmək və ya tərs mühəndislik etmək məqsədi ilə istifadə etmək;
- 5.10.3 Yanlış məlumatlar və ya başqa bir şəxsin məlumatlarını istifadə etməklə əməliyyat aparmaq yanlış sifariş ünvanı, əlaqə, ödəniş və ya hesab məlumatları da daxil, yanlış şəxsi məlumatlar istifadə etmək surətilə həqiqi olmayan İstifadəçi hesabları yaratmaq və bu hesabları Müqaviləyə və ya qüvvədə olan qanunvericiliyə zidd olaraq istifadə etmək, başqa bir İstifadəçinin hesabını icazəsiz istifadə etmək, başqa birinin yerinə, ya da səhv bir adla əməliyyatlarda tərəf, yaxud iştirakçı olmaq;
- 5.10.4 Platformada olan şərhləri Platforma xaricində paylaşmaq kimi Platformanı kənar məqsədlər üçün istifadə etmək və ya sistemləri manipulyasiya edəcək tərzdə istifadə etmək;
- 5.10.5 Platformaya, Platformanın məlumat bazasına, Platformada yer alan hər hansı bir məzmuna zərər verici virus və ya hər hansıbir zərərli texnologiya tətbiq etmək;
- 5.10.6 İstifadəçilər yaxud Satıcılar haqqında əlaqə ünvanları da daxil hər hansı bir məlumatı əlaqədar şəxslərin icazəsi olmadan toplamaq;
- 5.10.7 Platforma tərəfindən müəyyən edilmiş əlaqələr və texniki sistemlərdə məqbul olmayan və ya hədsiz dərəcədə böyük yükləmələr yaradacaq və ya texniki prosesə zərər verəcək fəaliyyət göstərmək, Fooderosun əvvəlcədən yazılı icazəsini almadan Platformada avtomatik proqram, robot, veb crawler, hörümçək, məlumat mədəni (datamining) və məlumat köçürülməsi (data crawling) kimi "screen scraping"proqramları və ya sistemlərini istifadə etmək və bu yolla Platformada yeralan hər hansı bir məzmunların hamısının və ya bir hissəsinin icazəsiz köçürmək, nəşr etmək və ya istifadə etmək.;
- 5.11 İstifadəçi, Platformada apardığı əməliyyatları Platformaya texniki olaraq heç bir şəkildə zərər
verməyəcək tərzdə etməklə məsuldur. İstifadəçi Platformada yerləşdirəcəyi bütün məlumat, material və s.
məzmunun sistemə zərər verəcək hər cür proqram, virus, troyan virusu və s. olmaması üçün lazımi qoruyucu
proqramları və lisenziyalı məhsulları istifadə etmək də daxil olmaqla lazımi hər cür tədbir gördüyünü
qəbul edir və öhdəliyinə götürür. İstifadəçi həmçinin Hesab Səhifəsinə robot və ya avtomatik giriş üsulları
ilə daxil olmayacağını qəbul edir.
- 5.12 Platformanın və ya Platformada olan məzmunun Müqavilə ilə müəyyən edilən istismar şərtlərinə və ya
qüvvədə olan qanunvericilik müddəalarına uyğun olmayaraq istifadə edilməsi hüquqa zidd olub, Fooderosa tələb,
ittiham və təqib haqları verir.
6. PLATFORMANIN İSTİFADƏÇİ SİSTEMİ
- 6.1 Hər bir İstifadəçi Platformaya ona məxsus olan mobil nömrə və ya sosial media hesabları ilə daxil olur.
- 6.2 İstifadəçi Platformaya ilk dəfə mobil nömrə ilə daxil olduqda həmin mobil nömrəyə sistem tərəfindən
göndərilmiş birdəfəlik şifrənin ( 4 rəqəmli OTP kod) təsdiqindən sonra Platformada İstifadəçiyə məxsus unikal
hesab yaranır. Bu hesab ilə İstifadəçi Platformadan sifariş verə bilər. Eyni mobil nömrə yalnız
bir İstifadəçi tərəfindən istifadə oluna bilər. İstifadəçi hər dəfə Platformaya mobil nömrə ilə daxil olmaq
üçün ona göndərilmiş birdəfəlik şifrəni təsdiq etməlidir.
- 6.3 İstifadəçi Platformaya ilk dəfə sosial media hesabları ilə daxil olduqda Platformada sosial media
hesabına uyğun müvəqqəti hesab yaranır. İstifadəçi bu müvəqqəti hesab altında ilk sifarişi
rəsmiləşdirmək istəyərkən ondan mobil nömrə tələb edilir. Həmin mobil nömrəyə göndərilmiş birdəfəlik şifrənin
təsdiqindən sonra Platformada İstifadəçiyə məxsus unikal hesab yaranır və bu mobil nömrə ilə birləşdirilir.
Bundan sonra İstifadəçi istər həmin sosial media hesabı, istərsə də təsdiqlədiyi mobil nömrə ilə Platformada
eyni hesaba daxil ola və sifariş verə bilər. Sosial media hesabında nömrənin təsdiqi yalnız ilk sifarişdə
tələb olunur.
7. ÖDƏNİŞ ÜSULLARI
- 7.1 İstifadəçi Platforma üzərindən sifariş verdiyi məhsulun dəyərini və çatdırılma xərcini təklif olunan
ödəniş üsullarından ( nağd və ya kart) birini seçərək ödəyə bilər.
- 7.2 İstifadəçi nağd ödəniş üsulu seçərkən məhsulun dəyərini və çatdırılma xərcini birbaşa Kuryerə ödəyir.
- 7.3 İstifadəçi kart ödəniş üsulu seçərkən məhsulun dəyərini və çatdırılma xərcini bank kartları vasitəsilə
(Master, Visa və s.) Platformaya ödəyir. Kart məlumatları heç bir halda Platformanın bazasında saxlanılmır.
8. MƏHSULLARIN ÇATDIRILMASI
- 8.1 Məhsulların çatdırılması İstifadəçinin Platformada sifariş zamanı qeyd etdiyi ünvana Kuryer vasitəsilə
çatdılır.
- 8.2 İstifadəçi Platformada sifariş zamanı qeyd etdiyi ünvanda olmazsa, sifariş başqa ünvana çatdırılmayacaq.
İstifadəçi həmin sifarişin fərqli ünvana çatdırılmasını tələb etdiyi halda əlavə ödənişlə çatdırıla bilər.
9. SİFARİŞİN LƏĞV EDİLMƏSİ
- 9.1 Platformada İstifadəçi tərəfindən verilən sifarişlər və onların statuslarına “Sifarişlərim”(aktiv və
öncəki sifarişlər) bölməsindən baxmaq mümkündür.
- 9.2 Platformada verilmiş sifarişlər 3 dəqiqə müddətində Satıcılar tərəfindən qəbul və ya imtina edilə billər.
3 dəqiqə müddətində qəbul edilməyən sifarişlər Platforma tərəfindən avtomatik olaraq ləğv edilir
və İstifadəçiyə bu barədə məlumat (sms və ya bildiriş) göndərilir.
- 9.3 Platformada verilmiş sifarişlər Satıcı tərəfindən qəbul edilənə qədər (3 dəqiqə müddətində) İstifadəçi
tərəfindən Sifarişlərim bölməsindən ləğv edilə bilər.
- 9.4 Satıcı tərəfindən qəbul olunan, lakin hazırlanılmağa başlanılmamış sifarişlər İstifadəçi tərəfindən ləğv
olunmasına ehtiyac yaranarsa, bu zaman İstifadəçi Satıcının Platformada qeyd etdiyi əlaqə nömrəsinə zəng
edərək sifarişin ləğvi barəsində Satıcıya məlumat verməlidir.
- 9.5 Sifariş Satıcı tərəfindən hazırlanma mərhələsində və ya Kuryer tərəfindən çatdırılma mərhələsində olarsa,
Tərəflərin sifarişdən imtina hüququ yoxdur.
10. MƏHSULLARIN GERİ QAYTARlLMASI VƏ DƏYİŞDİRİLMƏSİ
- 10.1 Platformadan sifariş edilən Məhsulları, İstifadəçi təhvil aldığı zaman yalnız aşağıdakı hallarla
rastlaşdığı təqdirdə dəyişdirmək və ya geri qaytarmaq hüququna malikdir:
- Sifariş edilən məhsul çatdırılan məhsulla eynilik təşkil etmədiyi halda;
- Məhsul ciddi xarici və daxili deformasiyaya məruz qaldığı halda;
- Məhsulun sifarişi zamanı qeyd edilən çatdırıma müddətindən gec (15 dəqiqədən çox gecikərsə) çatdırıldığı
halda.
- 10.2 Sifariş dəyəri kartla ödənilərsə və 7.2 bəndinə əsasən sifarişdən imtina olunarsa, ödənilən məbləğ
İstifadəçinin kart hesabına 5 iş günü ərzində qaytarılır.
- 10.3 Platformadan sifariş edilən Məhsullar İstifadəçi tərəfindən təhvil alındıqdan sonra geri qaytarılmır və
dəyişdirilmir.
11. SİFARİŞ MƏLUMATLARI VƏ ONLARIN SAXLANILMASI
- 11.1 İstifadəçi Platforma üzərindən sifariş verərkən aşağıdakı məlumatları təqdim etməlidir.
- Təhvil alacaq şəxsin əlaqə məlumatarını
- Məhsul çatdırılacaq ünvanın xəritə üzərində koordinatı və ünvanhaqqında ətraflı məlumat (bina, ev, mənzil, binaya giriş kodu və s.)
- Ödəniş üsulları
- 11.2 İstifadəçi Platformada verdiyi sifarfiş zamanı 11.1 bəndində qeyd etdiyi məlumatlar seçmiş olduğu Satıcı
ilə paylaşılacaqdır.
- 11.3 11.3 Sifariş məlumatları Platformanın məlumat bazasında 3 (üç) il müddətində saxlanılır. Həmin məlumatlar
Platformanın işinin təkmilləşdirilməsi üçün istifadə edilə bilər.
12. ƏQLİ MÜLKİYYƏT HAQLARI
- 12.1 Fooderos.com markası və loqosu, Platformanın dizaynı, proqram təminatı və bunlarla bağlı olaraq Fooderos
tərəfindən yaradılan hər cür marka, dizayn, loqo, kommersiya təqdimatı, şüar və digər bütün məzmunun,
müəlliflik və əqli mülkiyyət hüququ Fooderosun mülkiyyətindədir.
- 12.2 İstifadəçi Fooderosun və əlaqədar şirkətlərinin mülkiyyətində olan müəlliflik və əqli mülkiyyət
hüquqlarını Fooderos-un icazəsi olmadan istifadə edə, bölüşə, yaya, nümayiş etdirə, çoxalda bilməz. Əks halda
İstifadəçi əlaqədar bütün birbaşa və dolayı zərərləri ödəməklə məsuldur.
13. MÜQAVİLƏ DƏYİŞİKLİKLƏRİ
- 13.1 Fooderos öz istəyi ilə Müqaviləni və Platformada yer alan Məxfilik bölməsi də daxil olmaqla bütün
bölmələri, şərtləri və şərti olaraq uyğun gördüyü hər hansı bir zamanda, qüvvədə olan qanunvericilik
müddəalarına zidd olmamaq şərti ilə Platformada 3 (üç) gün öncədən elan edərək tək tərəfli olaraq dəyişə
bilər. Müqavilənin dəyişən şərtləri Platformada elan edildiyi tarixdən qüvvəyə minəcək, geri qalan şərtlər
eynilə qüvvədə qalaraq hökm və nəticələrini verməyə davam edəcəkdir.
- 13.2 Müqavilə İstifadəçi tərəfindən tək tərəfli olaraq dəyişdiriləbilməz.
14. FORS-MAJOR
- 14.1 Müqavilənin icrasına fors-major hallar təsir göstərərsə, Tərəflər müqavilənin yerinə yetirilməsi
təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün
məsuliyyət daşımır.
- 14.2 Qiyam, embarqo, dövlət müdaxiləsi, üsyan, işğal, müharibə, səfərbərlik, tətil, lokaut, iş aktları və ya
boykotlar daxil olmaqla işçi-sahibkar münaqişələri, kiber hücum, kommunikasiya problemləri, infrastruktur və
internet qəzaları, sistemə dair təkmilləşdirmə və ya yenidənqurma işləri, elektrik kəsintisi, yanğın,
partlayış, tufan, sel, zəlzələ, miqrasiya, epidemiya və ya başqa təbii fəlakət yaxud Fooderos-un nəzarəti
xaricində reallaşan, nöqsanından irəli gəlməyən və proqnozlaşdırıla bilinməyən digər hadisələr (Fors-Major)
Fooderos-un Müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməsini əngəlləyər və yaxud gecikdirərsə, Fooderos
əməliyyatı fors-major hallar nəticəsində qarşısı alınan yaxud gecikən öhdəliklərindən dolayı məsul tutula və
bu vəziyyət Müqavilənin pozuntusu kimi qəbul edilə bilməz.
15. DİGƏR MÜDDƏALAR
- 15.1 Hazırkı Müqavilənin mətnində öz həllini tapmayan məsələlər üzrə tərəflər arasında yarana biləcək bütün
mübahisələr və fikir ayrılıqları danışıqlar yolu ilə həll olunacaqdır.
- 15.2 Mübahisəli məsələlərin və qeyri-müəyyənliklərin həlli danışıqlar yolu ilə 30 təqvim günü müddətində
mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Azərbaycan
Respublikasının tərəfdar çıxıdığı beynəlxalq müqavilələrinşərtlərinə əsasən həll edilməlidir.
- 15.3 İstifadəçilər ilə Satıcılar arasında yarana biləcək mübahisələr: Məhsulların geri qaytarılması,
dəyişdirilməsi, kəmiyyət və keyfiyyət məsələləri, zəhərlənmələr və Məhsullarla bağlı başqa bu kimi mübahisələr
üçün Satıcı yalnız çatdırılma üçün Fooderos məsuliyyət daşıyır.
- 15.4 Platformada qeydiyyatda olan İstifadəçi məlumatları, sifarişləri, şərh və qiymətləndirmələri və s.
Platformanın Məxfilik Siyasətinə tabe olacaq şəkildə ən çoxu 3 (üç) il müddətində saxlanılır. Bu
müqavilənin icrası zamanı yarana biləcək hər cür mübahisələrin həllində Platformada saxlanılan məlumatlar
dəlil kimi istifadə oluna bilər.
- 15.5 Fooderos İstifadəçi ilə İstifadəçinin qeydiyyat zamanı göstərdiyi telefon nömrəsinə zəng edərək və SMS
göndərərək əlaqə quracaq. İstifadəçi məlumatlarda aktiv telefon nömrəsini bildirməklə məsuldur.
- 15.6 Bu Müqavilə Tərəflər arasında olan razılaşmanın hamısını təşkil edir. Müqavilənin hər hansı bir
müddəasının səlahiyyətli bir məhkəmə, arbitraj məhkəməsi və ya inzibati orqan tərəfindən tamamilə və
ya qismən etibarsız yaxud icra edilə bilməz olduğu və ya məqbul olmadığı qərarı verildiyi halda, sözügedən
etibarsızlıq, icra edilə bilinməmə yaxud məqbul olmamaq dərəcəsində Müqavilə bölünən olaraq qəbul ediləcək
və digər müddəalar tam qüvvədə və təsirdə qalacaqdır.
- 15.7 İstifadəçi Fooderos-un əvvəlcədən yazılı icazəsi olmadan bu Müqavilə üzrə öz hüquqlarını və
öhdəliklərini tam və ya qismən ötürə bilməz.
- 15.8 Müqavilədə tərəflərdən birinin ona verilən hər hansı bir haqqı istifadə etməməsi yaxud da icra
etməməsi bu haqqdan imtina olaraq sayılmayacaq və yaxud sözügedən haqqın sonradan istifadəsinə və ya tətbiq
edilməsinə mane olmayacaqdır.
- 15.9 Istifadəçi bu üzvlüklə bağlı Müqavilədən yarana biləcək münaqişələrdə, Fooderos-un rəsmi dəftər və
kommersiya qeydləri ilə Platformanın fəaliyyətində iştirak edən tərəfdaş şirkətlərin məlumat bazasında,
serverlərində saxlanılan elektron arxiv qeydlərinin, elektron məlumatların və kompüter qeydlərinin, məcburi,
qəti və müstəsna dəlil olacağını və bir dəlil müqaviləsi olduğunu qəbul edir.
- 15.10 15 (on beş) maddədən ibarət olan bu Müqavilə, İstifadəçi tərəfindən hər bir müddəası oxunduqdan və
tamamən aydın olduqdan sonra elektron olaraq təsdiq olunmaqla qüvvəyə minmişdir.