Set your delivery address
Məqsədimiz
Bizim işimiz təkcə insanları xoşbəxt edəcək yeməkləri çatdırmaqla bitmir. Bu yolda inkişafımızüçün formalaşdırdığımız məqsəd və dəyərlər də çatdırdığımız yeməklər qədər vacibdir.
Yerli marka
Azərbaycanın yerli markası olaraq inkişaf edərək qlobal bazarların qapısını döymək və onlaragülümsəyərək öz dillərində “Salam, Nuş olsun” demək üçün çalışırıq.
Əhatə dairəsi
“Bağışlayın, bu ərazilərə sifariş çatdırılması mövcud deyil” cümləsi ilə üzləşməməyiniz üçünəhatə dairəmizi genişləndirməkdəyik. Məqsədimiz Sizinlə eyni əhatə dairəsində olmaqdır.
Texnologiya
“Bax, bu başqa məsələ” deyə bilməyiniz üçün texnologiya ilə yaxından dostluq edirik. Yerli vəxarici bazarda insan davranışlarını yaxından izləyərək Sizin üçün yeni funksionallıqlarformalaşdırırıq.
Sürət və Keyfiyyət
“Görəsən harda qaldı, gəlib çıxmadı” ifadəsini işlətməməyiniz üçün hər gün “biz bunu dahakeyfiyyətli və sürətli necə edə bilərik” sualına cavab tapmaq üzərində çalışırıq.
Dəyərimiz
Sağlam iş mühiti
İşimizin böyük hissəsini həyata keçirən və bizi təmsil edən hər bir əməkdaşımız üçün sağlam işmühiti yaratmağa çalışırıq
Müştəri loyallığı
İstər fərdi, istərsə də korporativ müştərilərlə olan münasibətlərimizi inkişaf etdirilməsindəloyallığını hər zaman yüksək tutmağa çalışırıq.
Ətraf mühit
Biz də bu planetin sakinləriyik. Ona görə də iştirak etdiyimiz bütün layihələrdə ətraf mühitinqorunması və insanların sosial rifahının yaxşılaşdırılmasına önəm veririk.
Məsuliyyət
Bizim işimizin istənilən mərhələsi məsuliyyət tələb edir. Bu, imicimizi formalaşdıran amil olduğuüçün əməkdaşlarımıza gördükləri işlərdə daima məsuliyyətli olmalarını aşılayırıq.
Şirkət Rəhbərinin müraciəti
Fooderos markası yerli bazara yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.
İnsanların yemək sifarişlərini və çatdırılma ilə bağlı ehtiyaclarını qarşılamaq üçün insan kapitalı,o cümlədən texnologiyaya daha çox yatırım etməkdəyik. Yerli bazarda digər çatdırılmaşirkətlərinin olmasına baxmayaraq işimizi bütün müştəri seqmentləri üçün fərdi yanaşmaüzərindən qurmağa fokuslanmışıq.Bu gün yemək çatdırılma sahəsi üzrə inkişafımız üçün ölkəmizdə kifayət qədər bacarıqlı vəperspektivli kadrlar mövcuddur. Məhz onların sayəsində müştəri davranışlarını analiz edərəkbazara yeniliklər gətirməyi düşünürük. Biz həmçinin xarici bazarda çatdırılma sahəsi üzrə başverənləri də analiz edərək, onların yerli bazara olan təsirini qiymətləndiririk.Fooderos şirkəti olaraq inanırıq ki, qısa müddət ərzində yemək çatdırılması üzrə bazarhəcmimizi nəzərdə tutduğumuz səviyyəyə çatdıra biləcəyik. Hədəfimiz yerli dünya markasıolmaqla yanaşı, xarici bazarlara çıxış imkanlarımızı genişləndirmək, inkişafımız üçün potensialölkələrdən ciddi investisiyalar cəlb etməkdir.Bu hədəfə çatmaq üçün şirkətə cəlb etdiyimiz potensial kadrlarla birlikdə fəaliyyətimizi uğurladavam etdiririk.
Kənan Cavadov
Fooderos şirkətinin direktoru